Bir vaxtlar qondarma Dağlıq Qarabağ Respublikası və ya rejimin özünü adlandırdığı kimi Artsax Respublikası — Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan və Ermənistan Respublikası, Rusiya Federasiyası və Erməni Diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan keçmiş dövlətin keçmiş rəhbərləri Robert Köçəryan, Bako Saakyan, Arkadi Qukasyan, Arayik Arutyunyan, Samvel Şahramanyan bu binadan erməni xalqına ağızdolusu vədlər verirdi...
Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən Qarabağın böyük bir hissəsi Azərbaycan Respublikasının suveren nəzarətinə, bir hissəsi isə Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
28 sentyabr 2023-cü ildə, qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır.
Süjetdə Arayiklərin, Samvellərin qoyub qaçdığı kabinet öz əksini tapıb...